İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev ili”ndə amnistiya, yoxsa əfv? - Gözlənti

Yanvarın 12-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2023-cü il üçün ilk iclası keçirilib. İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb. Komissiyanın növbəti iclası yanvarın 17-də baş tutacaq. Bəs növbəti əfv nə vaxt ola bilər - Novruzda, Müstəqillik Günündə (28 May), yoxsa Heydər Əliyevin anadan olmasını 100-cü ildönümündə? (10 may) Bəllidir ki, 2023 “Heydər Əliyev ili” elan edilib. Bu il amnistiya mümkünmü?

Yada salaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Ümumilikdə, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb.

Əliməmməd Nuriyev üçün özəl gün - TANINMIŞ İCTİMAİ XADİM 55 YAŞINI QEYD  EDİR - Günün Səsi

Əliməmməd Nuriyev: “Bu il Azərbaycan tarixində çox mühüm bir hadisə qeyd edəcəyik, çünki...”

Əfv Məsələləri Komissiyasının üzvü, tanınmış hüquqşünas Əlimməməd Nuriyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində əfv komissiyasının iclaslarının dünəndən (srağagündən - red.) başlaması da növbəti əfv sərəncamının olmasının da məhz ulu öndər Heydər Əliyevin anadan olmasının yüz illiyi ilə bağlıdır. Bu,  Heydər Əliyevin yüz illiyinə həsr edilmiş tədbirlər çərçivəsində həyata keçirilir. İclaslar may ayına qədər davam edəcək və yüzlərlə müraciətə baxılması gözlənilir. Həmin müraciətlərə baxılaraq müvafiq rəylər hazırlanacaq, bundan sonra Prezidentə təqdim olunacaq. Artıq cənab Prezident tərəfindən kimlərin əfv edilib-edilməməsi ilə bağlı qərar veriləcək. Bu il Azərbaycan tarixində çox mühüm bir hadisə qeyd edəcəyik. Ulu öndərin yüz illiyi ilə bağlı əfv sərəncamının da şübhəsiz ki, məhz bu məqsədlə verilməsi gözlənilir".

Çingiz Qənizadə: “Bu, erməni dəyirmanına su tökmək kimi bir şeydir” Yeni  Sabah

Çingiz Qənizadə: “Ümid edirəm ki, may ayında Ulu öndərin yüzilliyi ilə bağlı böyük bir amnistiya aktının verilməsi şahidi olacağıq”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a dedi ki, ölkə başçısı ənənəvi olaraq hər il əfv fərmanı imzalayır və yüzlərlə insan fərmanı ilə azadlığa çıxır: “Biz həmişə cənab Prezidentin bu humanist addımını hüquq müdafiəçisi olaraq alqışlamışıq. Həmişə də qeyd edirdik ki, burada təkcə əfv fərmanına adı düşən şəxslər yox, həm də onların ailə üzvləri, yaxınları sevinir. Ümumiyyətlə, minlərlə insanın sevincinə səbəb olan humanist addımdır. Bu baxımdan biz arzulayırıq və gözləyirik. İndi növbəti əfv komissiyasının iclası ilə bağlı məlumatlar artıq yayıldı. Belə hesab edirəm ki, bu əfv fərmanı yəqin ki, Novruz bayramı ərəfəsində veriləcək. Əfv fərmanı konkret şəxslərə ünvanlanır. Amma bu il ”Heydər Əliyev ili" olduğunu nəzərə alsaq, elə hesab edirəm ki, Ulu Öndərin yüz illiyi ilə bağlı böyük bir amnistiyanın verilməsi də gözlənilir. Amnistiya isə qanun aktıdır. Milli Məclis tərəfindən təqdim və təsdiq olunmalıdır. Ümid edirəm ki, amnistiya ilə bağlı addımların atılması ehtimalı çox böyükdür. Ya Prezident tərəfindən, yaxud Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qanunverici subyekt kimi təşəbbüs qaldırılacaq. Ümid edirəm ki, may ayında Ulu öndərin yüzilliyi ilə bağlı böyük bir amnistiya aktının verilməsi şahidi olacağıq. Amnistiya aktı isə daha geniş insanlara şamil olunur. Burada konkret fərdlərə deyil, törədilən əməllərə, onların yaşına, cəzasının çəkilmə hissəsinə və sairə şamil olunan amnistiya aktıdır. Adətən səkkiz min, on mindən yuxarı insanlara şamil olunur. O baxımdan bu il hüquq müdafiəçiləri həm əfv fərmanının verilməsini, həm də ulu öndərin 100 illiyi ilə bağlı may ayında böyük amnistiya aktının qəbul edilməsi il olacağını gözləyirik. Ümid edirik ki, bizim gözləntilərimiz özünü doğruldacaq".

Novella Cəfəroğlu: “Bizim QHT-lər xarici donorlardan əldə etdikləri pula  ev, kostyum alırlar”

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mediaya açıqlamasında deyib ki, siyasi baxımdan həbs edilənlərin azad olunması ilə bağlı Prezidentə və Əfv Komissiyasına müraciət ünvanlayıb. Onun sözlərinə görə, sədrlik etdiyi Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hazırladığı siyahıya siyasi məhbus kimi tanınan 39 məhbusun adı daxil edilib. “Hüquq müdafiəçiləri olaraq həm Prezidentə, həm də Əfv Məsələləri Komissiyasına müraciət edib bütün siyasi məhbus hesab edilən şəxslərin azad olunmasını xahiş etmişik. Ümid edirik, təqdim etdiyimiz şəxslər azadlığa qovuşacaqlar. Onların arasında jurnalistlər, bloqerlər, redaktorlar, partiya üzvləri, inanclı şəxslər və digər qrup məhbuslar var”, - Novella Cəfəroğlu deyib. O hesab edir ki, siyasi məhbusların azad edilməsi ölkədə “xoş və müsbət atmosferin artmasına” gətirib çıxaracaq.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR