Onlayn ictimai-siyasi qəzet
Antalyada əri Ufuk Albeni tərəfindən dəyənək və yumruqla döyülən 3 uşaq anası Sinem Albeni təcili yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, nəzarətə alınan Ufuk Albeni polisə verdiyi ifadəsində həyat yoldaşının narkotik aludəçisi olduğunu və narkotikdən istifadə etməmək üçün mübahisə etdiklərini bildirib.
Mübahisə tez bir zamanda davaya çevrilib. Qadının qışqırtısını eşidən qonşular vəziyyəti Təcili Yardım Mərkəzinə bildiriblər. Hadisə yerinə həkim briqadası və polis qrupu göndərilib. Həkimlərin ilk müdaxiləsindən sonra təcili yardıma aparılan qadın yolda dünyasını dəyişib.
Polis qrupları tərəfindən evdə edilən araşdırmada qan izləri tapılıb.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ