İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan: 2018-ci ilin aprelində Serj Sərkisyan mənə dedi ki, iqtidardan getmirəm  

2018-ci ilin aprelində mən üçüncü prezidentə zəng etdim. O vaxt o, hələ baş nazir deyildi, lakin artıq bəlli idi ki, məhz o bu vəzifəyə gələcək. Mən zəng etdim, çünki müxtəlif adamlar, ümumi tanışlarımız mənimlə əlaqə saxlayaraq deyirdilər: sən də nəsə de, vəziyyət nəzarətdən çıxır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan danışıb.

“Mən zəng etdim və soruşdum: vəziyyəti necə qiymətləndirirsən? O isə çox sakit şəkildə cavab verdi: heç bir problem yoxdur, hər şey nəzarət altındadır. Bu məni təəccübləndirdi, soruşdum: əminsən? Yəqin ki, bu sualı bir neçə dəfə təkrar etdim. Amma o çox arxayınlıqla cavab verdi: hər şey nəzarətdədir.

Beş-altı gün sonra isə o, istefa verdi. Əgər sənə sakit şəkildə deyirlərsə ki, hər şey qaydasındadır, heç bir problem yoxdur – mən nə etməli idim?

Bundan əvvəl onunla uzun müddət ünsiyyətdə olmamışdım. Lakin yaranmış vəziyyəti nəzərə alaraq düşündüm ki, hər halda zəng etməliyəm.

İndi hesab edirəm ki, bu, vəziyyətin yanlış qiymətləndirilməsi idi. Artıq başqa heç nə deməyəcəyəm, amma danışmağa başlasam, daha çox şey deyəcəyəm”, – deyə Köçəryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR