İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir” - Köçəryan DANIŞDI

“Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yerli jurnalistlərə müsahibədə bildirib.

Köçəryanın sözlərinə görə, dünya təkqütblü sistemdən çoxqütblü quruluşa keçir və bu keçid dövrü qeyri-sabitliklə müşayiət olunur, bu baxımdan Ermənistan üçün də təhdidlərin sayı artır.

“Risklər var və onlar hələ də neytrallaşdırılmayıb. Türkiyə nə edir? Türkiyə türkdilli ölkələri öz liderliyi altında birləşdirməyə çalışır. Hətta ortaq hərbi qüvvələrdən belə danışılır. Bu, Ermənistan üçün təhlükə deyilmi? Əlbəttə ki, təhlükədir. Türkiyədən gələn təhdid qalır, onların məqsədi aydındır.

Biz Türkiyənin nail olmaq istədiyi böyük siyasi mənzərədə yad bir cisimik. Bu, onların milli maraqlarıdır, biz onları buna görə günahlandıra bilmərik. Ancaq gəlin anlayaq: bu bölgədə Türkiyəni kim cilovlaya bilər? Mənə bir ölkənin adını deyin”, - deyə Robert Köçəryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR