İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cani nəslin təməlini qoyan ana-atadır"

Müğənni İradə İbrahimova mayın 12-si axşam saatlarında Gəncədə ağır vəziyyətdə tərk edilən və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, ifaçı övladlarını düzgün tərbiyə etməyi bacarmayan valideynləri qınayıb:

"Bu körpəyə qıyan uşaqlar belədirsə, görün onların ata-anaları necədir. Cani nəslin təməlini qoyan ana-atadır. Görəsən, "Biz harada səhv etdik" deyirlər? Çətin! Bəlkə də qürurla ətrafda dolaşacaqlar. Ürək ağrısı... Əlimizdən nə gəlir ki?"

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR