İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyat sığortası verməyən şirkətlər: Hansı xəstəlikdən ölməyi ŞƏRT qoyurlar

"Həyat sığortası ilə əməkhaqqınızdan çıxılan vergi və sosial sığorta ödənişləri hesabınıza qayıdır. Üstəlik, həyatınız da sığortalı olur. Sizi zəngin edən həyat sığortası", "Özünüz illərlə yığacağınız vəsaiti bizimlə 3 ilə yığın! Eyni zamanda həyatınız da sığortalı olsun" və s. devizləri ilə kredit götürən şəxslərə təklif edilən həyat sığortası məsələsi hələ də müzakirə mövzusu olaraq qalmaqdadır.

Bu sığorta növü kredit borcu olan şəxslər üçün nəzərdə tutulub. İstənilən növ üzrə kredit götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyəitni itirdikdə (əllillik) banka olan kredit borcu sığorta şirkəti tərəfindən tam və birdəfəlik olaraq ödənilir. Bu sığorta növü ailənizi və yaxınlarınızı sizin banka olan kredit borcunuza görə məsuliyyət daşımaqdan azad edir. Lakin, bü cürə şərtlərlə kredit vəd edən sığorta şirkətləri mövcuddurmu? Həyat sığortasından nə üçün insanlar yararlana bilmir?

Şərtlərdə istənilən səbəbdən ölüm halları olan zaman kredit borclarının silinməsi öz əksini tapsa da, şirkətlər buna əməl etməkdən boyun qaçırırlar.

Referans.az-a bu haqda danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, həyat və sağlamlığın, əmək qabiliyyətinin itirilməsi sığortası Azərbaycanda təəssüf ki, yalnız ipoteka kreditlərində tətbiq olunur:

"Yəni vətəndaş 15- 20 illik kreditlə ev almaq istəyəndə həyat sığortası tətbiq olunur. Son zamanlar həyat sığortasında da problemlər yaranıb. Sığorta şirkətlərinin müqaviləsində o qədər istisnalar yazırlar ki...Bu xəstəliyin varsa, düşmür, o xəstəliyin varsa, düşmür. İnsan elə xəstəlikdən ölür də. Kim nə bilir nə xəstəliyi var?".

Ekspert deyir ki, əgər şəxsin əmlakı yoxdursa, kredit zamanı zamin də olmayıbsa və şəxs vəfat edibsə, o kredit bağlanır: "Əgər vəfat edən şəxsin övladları varsa, amma vərəsəlik yoxdursa, o halda kredit silinir. Əgər vəfat edən şəxsin banka 10 min borcu var, şəxsin evi, mülkü var. Bu zaman ev keçir övladlarına. Bu halda övladları ölən şəxsin 10 minini bağlamalıdırlar. Amma, şəxs ölübsə, övladları var, əmlakları yoxdursa, övladlarına heç nə qalmır və bu zaman onlar atalarının kredit borcunu ödəməli deyillər".

Müsahib bu yaxınlarda rastaşdığı hadisəni də danışıb: "Şəxs qaraciyər çatışmazlığından ölüb. Şəxsdə nə zamansa hepatit C olub. Sığorta şirkəti deyir ki, nə zamansa, bunda bu xəstəlik olub. Müqavilədə yazmışdım ki, şəxs hepatit C olsa, həyat sığortası verməyəcəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR