İnsanlara hürriyət, millətlərə istiqlal!

Həştərxanda Xəzər Media Forumu keçiriləcək

Hər il müxtəlif ölkələrin media mütəxəssislərini bir araya gətirən Həştərxanda Xəzər Media Forumu 2024-cü ilin avqustunda keçiriləcək.

Bunu Həştərxan vilayətinin mədəniyyət naziri Olqa Prokofyeva “Rusiya - İslam dünyası: KazanForum 2024” XV Beynəlxalq İqtisadi Forumunda deyib.

“Həştərxanda 2024-cü il avqustun 16-da doqquzuncu dəfə Xəzər Media Forumu keçiriləcək ki, bu da vahid informasiya sahəsinin yaradılması vəzifələrini yerinə yetirir, məlumatların saxtalaşdırılmasının aradan qaldırılmasına, əsas məsələlər üzrə vahid informasiya gündəliyinin formalaşmasına kömək edir və dialoq üçün konstruktiv platformaya çevrilir”, - o bildirib.

O.Prokofyeva bildirib ki, "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusu mediaforumun gündəliyi müəyyən edilib. Tədbirin özünəməxsus davamı Həştərxan Kremlinin tarixi dekorasiyalarında açıq səma altında opera nümayişinin keçiriləcəyi "Xəzər mövsümləri" mədəniyyət festivalı olacaq, festivalın tədbirlərində dünya səhnəsinin ulduzları iştirak edəcək.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR