İnsanlara hürriyət, millətlərə istiqlal!

Hesablama Palatasının sədrindən büdcə ilə bağlı rəy

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək dəyişikliklərə rəhbəri olduğu qurumun rəyini təqdim edib.

Musavat.com bildirir ki, V.Gülməmmədovun sözlərinə görə, son illər Azərbaycanın dövlət büdcəsində aparılan dürüstləşmələr arasında ilk dəfədir ki, büdcə kəsiri ilkin proqnoza nisbətən bu qədər - rekord məbləğdə - artırılır. Palata sədri bildirib ki, Azərbaycanın dövlət büdcəsi son 20 il ərzində 13-cü dəfə dəyişdirilir. “Büdcənin həm neft, həm də qeyri-neft sektorları üzrə potensialının reallaşdırılması, xərclərin isə proqnozlara nisbətən az icra edilməsi ehtimalları büdcə kəsirinin proqnozlaşdırılan məbləğdən az olacağını deməyə imkan verir. Yenidən baxılma ilə büdcənin 17 maddəsindən 4-ü istisna olmaqla, digər gəlir mənbələrində dəyişiklik proqnozlaşdırılıb. Yenidən baxılan büdcədə neft-qaz sektoru üzrə 2,4 milyard manat əlavə dəyərin formalaşması gözlənilir ki, bu da qiymət artımı ilə bağlıdır. İndiyə qədər qeyri-neft qaz sektorundan daxilolmalar üzrə proqnoz adekvat olmayıb, pik səviyyəni ötüb”, - V.Gülməmmədov bildirib.

Beləliklə, Azərbaycanın yenidən baxılma ilə 2024-cü il büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 milyard 354,3 milyon manata çatdırılması nəzərdə tutulub.

Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 % olacaq.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR