İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi təlimlərdən yayınanlar cəzalandırılacaq

Ermənistanın Müdafiə Nazirliyi hərbi təlimlərdə iştirakdan yayınanlar üçün cəzaların sərtləşdirilməsini və hərbi polisinin səfərbərlik prosesindəki rolunun aydınlaşdırılmasını təklif edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müvafiq layihə e-draft elektron hüquqi aktlar saytında dərc edilib.

Yerli nazirliyin bildiridiyinə görə, mövcud qanunvericilik təlim toplanışlarından yayınmanın müxtəlif formalarını dəqiq müəyyən etmir. Bu da vətəndaşların bu prosesdən yayınmalarını tam şəkildə qiymətləndirməyə imkan vermir.

Məlumata əsasən, bu dəyişikliklərin qəbul edilməsi qanunvericiliyi sərtləşdirməyə, məsuliyyət səviyyəsini artırmağa və səfərbərlik prosesinin tam şəkildə həyata keçirilməsini təmin etməyə imkan verəcək. Yeniliklər cərimə və qısamüddətli həbsdən (2 ay) uzunmüddətli həbsə (2 ilədək) qədər cəzanın müxtəlif növlərini təklif edir.

Əgər yayınma sənəd saxtalaşdırmaqla əlaqəlidirsə, həbs müddəti 2,5 ilə qədər arta bilər. Eyni zamanda, hərbi polisin çağırışın təşkilinə nəzarət prosesindəki rolunun artırılması təklif edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR