İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi ekspert: Səngər qazmağı bacarsalar...

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətinin Timofeevka, Novoselovka Pervaya və Veseloye kəndlərinin “azad edildiyini” açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla birlikdə Kursk vilayətində yaşayış məntəqələrinin azad edilməsi barədə heç nə deyilmir. Hərbi ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələri ehtiyatları artırır.

Rusiyalı hərbi ekspert Sergey Miqdal yerli mediaya müsahibəsində maraqlı fikirlər səsləndirib.

Onun fikrincə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində hazırda ciddi üstünlüyə malikdir: “Ukraynalılar kifayət qədər gizli şəkildə, uzun müddət ərzində kiçik hissələrdə meşəlik ərazidə böyük qüvvələrin cəmləşməsinə nail olublar. Ruslar üçün isə tez bir zamanda əlavə qüvvələr göndərmək çətindir. Oraya yeni biriqadalar göndərmək üçün Donetsk vilayətinin tam ələ keçirilməsi üçün nəzərdə tutulan birləşmələrdən bir qismini çıxarmaq lazım gələcək. Ona görə də görürük ki, Kurskda FTX xüsusi təyinatlıları peyda olub və vaqneritlər təcili olaraq Afrikadan çıxarılıb. Bu isə vaxt tələb edir.

Ukraynalılar da ehtiyatlarını artırırlar. Əgər ukraynalılar bu hücuma ciddi hazırlaşıblarsa, onların da böyük ehtiyatlar gətirmək və əks-hücumları dəf etmək imkanları var. Əgər Ukrayna ordusu Qərbi Kursk vilayətinin hansısa hissəsində möhkəmlənməyə nail olsalar, onları oradan qovmaq böyük vaxt və ciddi qüvvələr tələb edəcək”,-deyə Miqdal bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR