Onlayn ictimai-siyasi qəzet
Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP), bu gün Ankarada keçirilən fövqəladə qurultayda yeni rəhbər strukturlarını formalaşdırmaq üçün mühüm addımlar atır. Qurultayda partiyanın Məclisi üçün təqdim etdiyi namizədlər siyahısında gözlənilməz bir ad yer alıb: Silivri cəzaevində saxlanılan 22 yaşlı Berkay Gezgin.
Musavat.com bildirir ki, Berkay Gezgin 2019-cu ildə keçirilən İstanbul bələdiyyə seçkiləri zamanı, İstanbul Böyükşəhər Bələdiyyəsinin o dövrki namizədi Əkrəm İmamoğluna “Her şey çok güzel olacak” (“Hər şey çox gözəl olacaq”) deyərək sosial mediada böyük populyarlıq qazanmışdı.
Bu ifadə daha sonra İmamoğlunun seçki kampaniyasının əsas şüarına çevrilmişdi.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ