İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər səhər acqarına içilir, təbii C vitamini deposudur

Səhərlər acqarına limonlu su içmək sağlamlığa çoxsaylı faydalar verir.

Limonun tərkibindəki yüksək C vitamini immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyur. Bu sadə vərdiş orqanizmi toksinlərdən təmizləyir və daha enerjili hiss etməyə kömək edir.

Limonlu su maddələr mübadiləsini sürətləndirərək çəkiyə nəzarət etməyə kömək edir. Həzm sistemini tənzimləyir, mədəni sakitləşdirir və qəbizliyin qarşısını alır. Müntəzəm istifadəsi dəri sağlamlığı üçün də faydalıdır. Antioksidan xüsusiyyətləri sayəsində dərini qoruyur, ləkələri azaldır və ona parlaq görünüş qazandırır.

Limonlu suyun bir çox faydası olsa da, mədə problemi olanlar ehtiyatlı olmalıdır. Ürək yanması və reflü kimi problemləri olan insanlarda turşuluq təsir göstərə bilər.

Sağlam həyat üçün təbii həllər axtaranlar səhərlər bir stəkan ilıq limonlu su içərək günə enerjili başlaya bilərlər.//E-saglam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR