Onlayn ictimai-siyasi qəzet
Hər kəsin mətbəxində olan bu məhsul həm sağlamlıq, həm də gündəlik problemlərin həlli üçün əvəzolunmazdır. Qiyməti cəmi 1 manat olan bu möcüzəvi vasitəni tanıyaraq, onun həyatınıza necə fayda gətirə biləcəyini öyrənin.
Musavat.com bildirir ki, bu məhsul adi çay sodasıdır.
Bu sadə məhsulun faydaları sizi təəccübləndirəcək:
Mədə yanğısına qarşı: Bir çay qaşığı sodanı su ilə qarışdıraraq istifadə edin, nəticə anında özünü göstərəcək.
Təmizlik üçün: Soda həm qabların, həm də mətbəx əşyalarının parıldadılmasında əvəzolunmazdır.
Pis qoxuların qarşısını alır: Soyuducu, ayaqqabı və ya başqa yerlərdəki qoxuları yox etmək üçün soda istifadə edə bilərsiniz.
Dəriyə qulluq: Soda və su qarışığı ilə təbii skrab hazırlayaraq dərinizdəki ölü hüceyrələri təmizləyə bilərsiniz.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ