Onlayn ictimai-siyasi qəzet
Qəfil başlayan öskürək tutması ilə gecəni təcili yardım otağında keçirən kişi ağciyərlərinin çökdüyünü öyrənib.
Mövzu ilə bağlı açıqlama verən ekspertlər qorxulu həqiqəti üzə çıxarıblar.
Çinin cənub-qərbindəki Chongqing şəhərində öskürək tutması ilə kişi xəstəxanaya aparılıb və həkimlər dərhal müdaxilə edib. "Bronxoskopiya" əməliyyatı nəticəsində orta yaşlı kişinin sağ ağciyərində ciddi infeksiya olduğu məlum olub. Amma bu adi infeksiya deyildi. Məlum olub ki, həmin adam rütubətli yerlərdə böyüyən kif növü olan "Aspergillus"un törətdiyi ağciyər xəstəliyi növü olan "Aspergilloz" xəstəliyinə tutulub.
Həkimlər dərhal kişinin bu xəstəliyə necə yoluxduğunu araşdırmağa başlayıblar. Onlar xəstə ilə danışdıqdan sonra şoka düşüblər. Çünki kişinin bu göbələyi tutmasının səbəbi corabları olub. Həkimlər işdən evə gələndən sonra çirkli corablarını qoxlayan kişinin corablarını yoxlayıblar və onların tərkibində xəstəni yoluxduran eyni növ kif olduğunu aşkar ediblər.
Uzun müddət ayaqqabı geyinmək, göbələklərin çoxalmasının asan olduğu qapalı, nəmli və isti bir mühit yaradır. Corablar həm də göbələklər üçün mükəmməl bir çoxalma zəminidir. ağız və burun yolu ilə aşağı tənəffüs yolları bədənin immun funksiyası aşağıdırsa, bu, göbələk pnevmoniyası kimi xəstəliklərə səbəb ola bilər".
Aspergillozun simptomlarına tənəffüs problemləri, qan və ya selikli öskürək, yüksək hərarət, istəmədən kilo itkisi və yorğunluq daxildir. Xəstəlik sağlam insanlarda nadir görülsə də, astma kimi ağciyər xəstəlikləri olan və ya xərçəng xəstələri kimi immun sistemi zəif olan insanların həyatı üçün təhlükə yaradır. Ağır hallarda, ağciyərlərdə ölümcül qanaxma və ya sətəlcəm, ağciyərin təhlükəli iltihabı ilə nəticələnə bilər. Bədənin digər hissələrinə, məsələn, ürək və beyinə də yayıla bilər.**milli.az
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ