İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər 6 saatdan bir İranda 1 məhbus edam edilir

Günaz.tv İran İnsan Haqları Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, 2024-cü ilin may ayının ilk ongünlüyündə İran məhkəmə sistemi İran həbsxanalarında 40 məhbusun edam hökmünü icra edib.

İranda hər gün orta hesabla dörd məhbus edam edilir, bu isə o deməkdir ki, hər altı saatdan bir İranda bir məhbus edam edilir.

Bu, aprelin son ongünlüyü ilə müqayisədə edamların sayının 160 faizə yaxın artdığı deməkdir. İranda edamların sayının artması çox narahatlıq doğurur.

Edam olunanlar arasında siyasi və qadın məhbuslar da var. Mayın ilk ongünlüyündə həyata keçirilən edamların 90%-dən çoxu gizlin şəkildə həyata keçirilib. Bu edamlar barəsində rejimə bağlı heç bir media qurumunda və İranın ədliyyə sistemində məlumat verilməyib.

Bu edamlar Urmiya, Semnan, Kirman, İsfahan, Qum, Kirmanşah, Zəncan, Təbriz, Qəzvin, Şiraz və Ərdəbil həbsxanalarında həyata keçirilib.

Mayın ilk ongünlüyündə edam edilən şəxslərin 60%-dən çoxu narkotik cinayətləri ilə bağlı ittihamlarla edam cəzasına məhkum edilib. Maraqlıdır ki, narkotik cinayətlərində əli olan məhbuslar çox vaxt təcrid olunmuş ərazilərdəndir və ədalətsiz məhkəmə prosesləri nəticəsində edam cəzasına məhkum edilmiş cəmiyyətin yoxsul üzvlərindəndirlər.

Beynəlxalq qanunlara görə, narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilmiş şəxslər heç vaxt ölüm cəzasına məhkum edilməməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR