İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər 48 santimetr əraziyə görə bir əsgər - Rusiyanın DƏHŞƏTLİ itkiləri

2022-ci ilin may ayından indiyədək Rusiya Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində 60 minə qədər əsgər itirib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyin bildirir ki, Baxmut şəhərində Rusiya ələ keçirilən hər 48 santimetr əraziyə görə bir əsgərini itirib və ya yaralayıb.

Nazirliyin məlumatına görə, Rusiya Baxmutda 29 kilometr irəliləməyə nail olub.

Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü Sergey Çerevatı bildirib ki, Ukrayna hərbçiləri Baxmut istiqamətində irəliləyir. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya əsgərlərinin yenidən qruplaşmasından və yerdəyişməsindən istifadə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR