İnsanlara hürriyət, millətlərə istiqlal!

Henri Kissincer Ukrayna ilə bağlı mövqeyinə bir daha aydınlıq gətirməli olub

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer may ayında Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı “Ukraynanın bəzi ərazilərini Rusiyaya güşəztə getməli olması” barədə fikirlərinə aydınlıq gətirməli olub. Xatırladaq ki,bu çıxışa görə 99 yaşlı siyasətçi sərt tənqidlərə məruz qalmışdı.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Henri Kissincer “Time” jurnalına verdiyi müsahibədə bununla bağlı fikirlərini bölüşüb.

H.Kissincer burada Ukrayna və Rusiya arasında münaqişənin “idarəolunmaz hala gələ biləcəyindən” narahatlığını ifadə edib.

“Mən deməmişəm ki, ərazi verilsin. Mən sadəcə istənilən halda bunun müzakirə oluna biləcəyini dilə gətirmişəm. Mən Ukraynanın azadlığının və onun Avropadakı mühüm rolunun tərəfdarıyam”, - deyə keçmiş dövlət katibi bildirib.

İndi Kissincer “atəşkəs üçün Rusiya işğal etdiyi torpaqları Ukraynaya qaytarmalıdır” deyir.

“Ukraynanın müharibədən əvvəlki ərazisinin 15%-i hazırda Rusiya Federasiyasının nəzarəti altındadır... Mübahisəli ərazi olaraq Donbasın kiçik bir guşəsi və Krım sayılır. Üstəlik, Krım Rusiya üçün indiki böhrandan kənar əhəmiyyət daşıyır”, - deyə keçmiş dövlət katibi bildirib.

Amerikalı siyasətçiyə görə hazırkı münaqişə “Ukraynanın azadlığı uğrunda müharibə”dən “Rusiyanın gələcəyi uğrunda müharibə”yə çevrilməməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR