Onlayn ictimai-siyasi qəzet
Mərhum aktrisa Ahu Tuğbanın cənazəsi 25 gün sonra Türkiyəyə gətirilib.
Bu gün mərhumla vida mərasimi təşkil olunub. Lakin mərasimdə az sayda insan iştirak edib. Sosial mediada yayımlanan görüntülərdə də qatılanlar arasında Ahunun həmkarlarından, demək olar ki, heç kimin olmaması tənqid edilib.
"Yeşilçam"ın aktrisalarından Serpil Çakmaklı isə bununla bağlı müsahibə edərək həmkarlarını qınayıb:
"Bu gün burada "Yeşilçam"ın aktyorlarından çox adamı görümək istəyərdim. Niyə yoxdurlar? Həmişə deyirəm, bir gün ölüm hamımızın qapısını döyəcək. İçəridə öyrəndim ki, heç kim yoxdur. İnsanların qəlbində taxt quran birinin həmkarları tərəfindən bu cür son mənzilə yola salınmasını şiddətlə qınayıram. Ayıb olsun. Vəfasızlıq həmişə var. Amma bu ada baxır? Ahu Tuğba deyilən bir reallıq var. Onu tanıyanlar haradadır? Gəlməli olan adlardan bir də Banu Alkan idi. Mən gəlmişəm. Gözüm onu axtardı. Sosial media hesabına da baxdım, paylaşımayıb. Ən kədərli tərəfi də elə budur"./Axşam.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ