İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmin saxta elanı paylaşan şəxs saxlanıldı - FOTO

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, əməliyyat tədbirləri nəticəsində naməlum şəxsin kimliyi müəyyən edilib.
Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Şəxsin əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir.

Həmin saxta elanı paylaşan şəxs saxlanıldı -  FOTO

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR