İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmin görüşdə SÜLHDƏN söhbət getməyəcək, Ermənistan... - Deputat DETALLARI AÇIQLADI

“ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ötəngünkü brifinqdə aprelin 5-də Brüsseldə Ermənistan baş naziri ilə keçiriləcək görüşdə regional məsələlərə toxunulmayacağını və orada “Bakıyla İrəvan arasında sülh prosesindən söhbət getməyəcəyini” bildirdi. Metyu Millerin Blinken - Ursula fon der Lyayen - Paşinyan görüşündə guya regionda baş verənlərə toxunulmayacağı haqda dedikləri olsa-olsa 1 aprel zarafatıdır”.

Musavat.com xəbər verir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.

sahib.jpg (64 KB)

Deputat bildirib ki, Millerin digər dediyi ilə razılaşır:

“Bəli, həmin görüşdə doğrudan da sülhdən söhbət getməyəcək. Ermənistan silahlı qüvvələrinin sözügedən görüş öncəsi Şərqi Zəngəzur, eləcə də Naxçıvanla şərti sərhəddəki mövqelərimizi atəşə tutması, təmas xətti boyunca qüvvə cəmləşdirməsi də elə bir növ bundan xəbər verir. Qarşı tərəfin əvvəlki təxribatları bəlli bir həddi keçəndən sonra Azərbaycanın hansı cavab addımları atdığı çətin ki, unudulsun. Ermənistanı yeni təxribatlara həvəsləndirənlər görünür, yenə də bizi oxşar addımlar atmağa vadar etməyə çalışırlar ki, ona genişmiqyaslı hərbi dəstəkləri üçün əldə tutalqa olsun. Bu təxribatların ABŞ-ın hərbi təlimatçılarının Ermənistanda peyda olduqları zaman baş verməsinin özü də az şey demir.

Yeri gəlmişkən, ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli bizim regionda səfərdə olarkən qonşu ölkənin Suriyadakı konsulluğuna endirilən hava zərbəsi nəticəsində onun iki generalı və bir neçə hərbçisinin qətlə yetirilməsi, eyni zamanda İŞİD-ə bağlı Tacikistan və Qırğızıstan vətəndaşlarının Türkiyədə terror törətməyə hazırlaşarkən ələ keçmələri də müəyyən suallar yaradır”.

Sahib Alıyev digər müşahidəsini də bölüşüb:

“Biz gördük ki, Qərbə bağlı əksər ekspertlər “Krokus Siti Holl”dakı terroru Rusiyanın öz ayağına yazmağa çalışdılar. Yaxşı, tutaq ki, sözügedən terrorda doğrudan da Rusiyanın bəlli strukturlarının əli olub, bəs onda yenə də Tacikistanla Qırğızıstanın hər baxımdan yoxsul və təsirə yatımlı vətəndaşlarından faydalanmaqla Türkiyədə terror törətmək əmri haradan gəlir? Azərbaycanla Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxınkən regionda ayırıcı xətlər niyə çəkilir, qarşı tərəf nə üçün revanşizmə sürüklənir? Bütün bunlar Böyük Qafqazda və ola da bilsin ki, Mərkəzi Asiyada xaosa, hamının hamıya qarşı savaşına rəvac vermək deyilsə, onun adı nədir?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR