İnsanlara hürriyət, millətlərə istiqlal!

"... Həmin Ağdam məscidi bütün dağıdılan şəhərlərimizin sağ qalan tək simvolu, qalası, qibləgahıdır" - Zahid Oruc

‘’2000-ci ilin 9 may günündə faşizm üzərində Qələbənin 55-ci ildönümündə Amerikanın keçmiş səfiri Kerri Kavano bir çoxları üçün gözlənilməz şəraitdə Ağdam məscidinin bir parçasını Ulu öndər Heydər Əliyevə hədiyyə etdi. Doğum günü qarşısında aldığı qeyri-adi hədiyyədən hədsiz təsirlənən Heydər Əliyev on illərlə hakimiyyət zirvəsində hislərini peşəkarlqıla idarə edərkən bu dəfə insani emosiyalarını siyasətçi soyuqqanlılığından üstün tutaraq son dərəcə kövrək ifadələr işlətdi, səfirin hərəkətini millətimizin tarixinə, mədəniyyətinə və dini inanclarına verilən yüksək qiymət adlandırdı, onu əvəzsiz sərvət saydı.’’

Musavat.com xəbər verir ki, bu sözləri, “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı zamanı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

O bildirib ki, üzərindən 20 il keçəndən sonra bəlli oldu ki, həmin Ağdam məscidi bütün dağıdılan şəhərlərimizin sağ qalan tək simvolu, qalası, qibləgahıdır. Görünür, burada da rəmzi bir məna var-yeni Ağdamın və Vətənin quruculuğu Allah evindən başlayır, hamını xilasa çağıran müqəddəs ocaqlardan start götürür.

‘’İnanırıq ki, Vətən müharibəsində qələbəyə töhfə verən Ulu öndərə bağışlanmış həmin nişanə prezident İlham Əliyevin qurucu əlləri ilə öz doğma ünvanında, məğrur divarda yerinə qoyulacaq və ilahi ədalət bərpa olunacaqdır. Eyni zamanda, 22 il əvvəlki tarixi hədiyyənin yolunu gedərək İrəvandan-Göy məsciddən bir parçanı gətirib dövlətimizə bağışlayan şəxs bu dəfə xarici ölkə səfiri deyil, görünməz səngərdə savaşan oğullarımız olacaq!’’ - deyə Zahid Oruc sözlərinə davam edib.

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR