İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS İsraillə sülh danışıqlarının şərtlərini AÇIQLADI

Radikal HƏMAS qrupunun nümayəndəsi Xalid Meşal bildirib ki, İsraillə sülh danışıqları yalnız işğal olunmuş torpaqlar azad edildikdən sonra mümkündür.

Musavat.com xəbər verir ki, o, bu barədə "Sky News" telekanalına bildirib.

Müsahibə zamanı Meşal İsrail ordusunu Qəzza zolağına hücumu dayandırmağa, insanların bölgədən zorla köçürülməsinə son qoymağa, həmçinin keçid məntəqəsini açmağa və şəhərə humanitar yardımın daxil olmasına icazə verməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR