Onlayn ictimai-siyasi qəzet
Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin İsrailin hücumu zamanı öldürüldüyünü təsdiqləyib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.
Qeyd olunub ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda öldürülüb.
Məlumata görə, İhab əl-Hüseyn Fələstinin “Ar-Rai” xəbər portalının rəhbəri olub və 2020-ci ildən Qəzzada əmək nazirinin müavini vəzifəsini tutub.
Bundan əvvəl onun ölümü ilə bağlı məlumatı HƏMAS-a bağlı “Quds” portalı yayıb.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ