Onlayn ictimai-siyasi qəzet
İsrail hərbçiləri Qəzza zolağında HƏMAS artilleriya qüvvələrinin rəis müavini Məhəmməd Katmaşı öldürüb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"IDF döyüşçüləri Qəzza zolağında HƏMAS artilleriya qüvvələrinin rəis müavini Məhəmməd Katmaşı öldürüb", - bəyanatda deyilir.
Qeyd olunub ki, Katmaş əvvəlki döyüşlərdə Qəzza zolağından İsrailə qarşı hücumların planlaşdırılmasında və həyata keçirilməsində mühüm rol oynayıb.
Mətbuat xidməti qeyd edib ki, oktyabrın 22-si səhər saatlarından etibarən IDF Qəzza zolağında HƏMAS silahlılarının, o cümlədən raket bölməsinin komandiri və bir sıra terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir.
"Bundan əlavə, silah zavodu və HƏMAS-ın hərbi komandanlıq mərkəzi vurulub", - deyə mətbuat xidməti əlavə edib.
@@TVmusavat/71609@@
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ