İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həm Rusiyanın, həm də Azərbaycanla Türkiyənin təzyiq mexanizmləri işə düşməlidir”- politoloq

“Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bir neçə görüş və danışıqlarda ifadə edib və bununla bağlı Rusiyanın mövqeyi bəllidir. Həm də Rusiya indiki durumunda Cənubi Qafqazda söz sahibi olduğunu sübut etmək istəyir”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a son zamanlar Zəngəzur dəhlizi ilə bağlı son gəlişmələri, o cümlədən Rusiya mediasında tirajlanan məlumatları şərh edərkən söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı əminliklə bildirib ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Eyni zamanda Türkiyə rəsmiləri də Zəngəzur dəhlizi ilə bağlı vaxtaşırı çağırışlar edirlər.

Q.Çaxmaqlının sözlərinə görə, Rusiyanın sıxışdırıldığı indiki durumda kommunikasiyalara nəzarət etmək istəyi də aradan qalxmış deyil: “Komissiya işləyir və qalır nəticə almaq. Bu, bizim maraqlarımıza uyğun olduğundan Rusiya Azərbaycanın Ermənistana təzyiqlərinə də göz yumacaq”.

Q.Çaxmaqlı İrəvanın ziddiyyətli davranışlarını səbəbsiz saymır: “Ermənistan bu işi uzatmaqla Qərbi bu işə cəlb etmək istəyir. Məncə, həm Rusiyanın, həm də Azərbaycanla Türkiyənin təzyiq mexanizmləri işə düşməlidir. Əlbəttə, bu dəhlizin açılması qısa zamanda olmayacaq. Amma onu reallaşdırmaq mümkündür. Ermənistanın başqa çıxış yolu yoxdur. Buna getməlidir!”


ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR