Onlayn ictimai-siyasi qəzet
Bir çox insanlar həkim məsləhəti olmadan özlərini müalicə edirlər. Onlar dərman, vitamin və ya minerallar qəbul edirlər. Bu halllar xüsusilə də yaz aylarında daha çox olur.
Tibb üzrə ekspert Rasif Bağırov deyir ki, yaz fəslində orqanizmin ehtiyac duyduğu vitaminlərə tələbat artır. Bundan başqa, mövsümi xəstəliklərin yayılmasında aktivlik müşahidə olunduğundan insanlar həkimə getmədən özlərini müalicə etməyə çalışırlar. Ancaq bunun ağır fəsadları da ola bilər.
Ekspertin sözlərinə görə, istənilən preparat qəbul olunarkən insanlar mütləq şəkildə həkimlə məsləhətləşməlidirilər.
Rasif Bağırovun sözlərinə görə, mütəxəssis məsləhəti olmadan aparılan bu cür dırnaqarası müalicələr bəzi hallarda xəstələrin vəziyyətlərini daha da ağırlaşdırır. Xüsusilə də bəzi xəstəliklərlə bağlı bu həssaslıq vacibdir. Ona görə də yaxşı olardı ki, həkim müayinəsi və tövsiyələrindən sonra müalicəyə başlanılsın.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ