Onlayn ictimai-siyasi qəzet
Rusiya sərt mövqeyini bir daha ortaya qoydu.
Musavat.com xəbər verir ki, ölkənin xarici işlər naziri Sergey Lavrov İndoneziyanın "Kompas" qəzetinə müsahibəsində Ukrayna ilə bağlı qalmaqallı açıqlama verib.
Nazir bildirib ki, Ukraynada sülhün əldə olunmasının yeganə yolu Krım, Donbas və Novorossiyanın beynəlxalq miqyasda Rusiyanın tərkib hissəsi kimi tanınmasından keçir.
Lavrovun bu sözləri Qərbin və Kiyevin mövqeyi ilə kəskin ziddiyyət təşkil edir və yeni gərginlik dalğasının yaranacağı gözlənilir.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ