İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim göndəriş vermədi, qadın doğuş zamanı qanaxmadan öldü

Bu gecə Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, onun hamiləliyi riskli olub.

Qadının ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Qeyd olunub ki, ana həyatını itirsə də, körpə sağdır.

Eyni zamanda qeyd olunub ki, doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.

Hadisə ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlanıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Zərdab Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR