İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftənin son “Açıq mikrofon” aksiyası bu rayonda keçirildi - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Səyyar qəbul otağı” həftənin son iş günündə Neftçala sakinlərinin ixtiyarında olub.

Musavat.com xəbər verir ki, aksiyaya Qatılan Həsənov Natiq ilə Həsənov Rəhim yaşadıqları Bala Surra kəndinin qazlaşdırılmasını xahiş ediblər.

Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Rüfət Quliyev fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Vətəndaşlara küçə qaz xəttinə qoşulma ilə bağlı şərtlər ətraflı şəkildə izah olunub.

Aksiyada səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR