Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanı diz çökdürməsindən 4 il ötür. Ötən il Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması dünya birliyində də razılıqla qarşılandı. Bunu Prezident İlham Əliyevə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarından ünvanlanmış təbriklər də təsdiqləyir. Təbii ki, ölkəmizin qazandığı bu tarixi Qələbə onun dünya birliyindəki reytinqini daha da artırdı. Axı Azərbaycan dünyada suveren dövlət kimi tanınırdı. Bu zəfər Ermənistanı, Fransa kimi ermənipərəst dövlətləri yandırıb- yaxır. Onlar müxtəlif vasitələrlə Azərbaycanda yaradılmış, hətta dünyaya nümunə olan sabitliyi pozmağa cəhd edir, bu yolda siyasi riyakarlığı ilə ad qazanmış bir sıra beynəlxalq təşkilatlardan da istifadə edirlər. Lakin bütün cəhdləri iflasa uğrayır.
Bu fikriləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəşisi deyib ki, Azərbaycanın Ermənistan üzərində qazandığı tarixi Qələbə ermənipərəst dövlətlərlə yanaşı, “sapı özümüzdən olan baltaları”- radikal müxalifəti də yandırıb-yaxırmış. Onlar xaricdəki ağalarının sifarişlərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlarmış. Nəhayət, iç üzlərini, çirkin xislətlərini ortaya qoydular. Satqın və xəyanətkarlar ölkədə yaradılmış sabitliyi pozmaq üçün mitinq keçirmək xülyasına düşüblər. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də şəhərin mərkəzində, əhalinin gur olan yerləri seçiblər. Yaxşı bilirlər ki, onların mitinq çağırışına heç kim səs verməyəcək. Ona görə də əhalinin gur olan yerlərini seçirlər ki, guya, ətraflarına çoxlu sayda iştirakçı toplaya biliblər. Bununla da xarici ağalarından aldıqları qrantların “hara xərcləndiyini” sübut etmək istəyirlər.
Ç.Qənizadə deyib ki, hazırda işğal olunmuş ərazilərdə sürətli yenidənqurma, tikinti-bərpa işləri davam etdirilir. Otuz illik yurd həsrəti çəkən soydaşlarımız böyük sevinc və coşqu ilə dogma ata-baba yurdlarına qayıdırlar. Hətta bir sıra ölkələr də yenidənqurma və tikinti- abadlıq işlərinə öz köməkliklərini əsirgəmirlər. Qısa bir zamanda görülən işlər göz önündədir. Görünür, bu sürətli inkişaf, soydaşlarımızın isti ocaqlarına qayıtmaları radikal müxalifəti ciddi narahat edib. Təbii ki, belə bir zamanda, həm regionda və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına çağırılması xainlik və məsuliyyətsizlikdir. Biz zaman-zaman şahidi olmuşuq ki, radikallar öz “siyasi fəaliyyətlərində” hər zaman təxribatlara, ara qarışdırmağa, sabitliyi pozmağa üstünlük veriblər. İndi də öz “peşələrinə” sadiqliklərini nümayiş etdirmək fikrinə düşüblər. Təbii ki, həmişə olduğu kimi, bu dəfə də xalq radikalların məkrli və xain niyyətlərinə “yox” deyəcək. Bu gün hələ də işğalçı Ermənistan üzərində qazandığımız şanlı Zəfərin sevinci ilə yaşayan milyonlarla soydaşımız, eləcə də dünya azərbaycanlıları dövlətə və dövlətçiliyə qarşı olan hər hansı bir avantürada iştirak etməyəcək.
Hüquq müdafiəçisi mitinqə çağırış edənlərin tanış simalar- Azərbaycanın uğurlarını həzm edə bilməyən, gözü xarici ağalarının əlində olan, onların süfrələrinin qır-qırıntıları ilə dolananların olduğunu deyib: “Onlar həm Vətən müharibəsi, həm də ondan əvvəl göstərilən siyasi həmrəylikdən boyun qaçıranlardır. Dövlətimizin başçısı bir neçə dəfə ölkədə siyasi dialoqun genişləndirilməsi, siyasi həmrəyliyin möhkəmləndirilməsi barədə müraciət etdi. Lakin radikallar heç bir tutarlı səbəb göstərmədən siyasi dialoqdan boyun qaçırdılar. Hətta 2016- cı ilin Aprel döyüşləri və 2020- ci il sentyabrın 27- də işğalçı Ermənistan ölkəmizə qarşı genişmiqyaslı təxribatlara başlayan zaman respublikada fəaliyyət göstərən bütün siyasi partiyalar həmrəylik nümayiş etdirərək Vətənin müdafiəsi uğrunda mübarizədə Ali Baş Komandanın ətrafında sıx birlşdiklərini bəyan etdilər. Yenə də radikal müxalifət nümayəndələri bu həmrəylikdən boyun qaçırdılar. Görünür, gözləyirlərmiş ki, Ermənistan müharibədə xarici havadarlarının köməyi ilə qalib gələcək və radikal müxalifəti hakimiyyətə gətirəcək. Lakin bu dəfə də ümidləri puç oldu”.
Ç.Qənizadə deyib ki, siyasi dialoqu inkar edən, həmrəylikdən boyun qaçıran və sağlam rəqabətə hazır olmayan radikallar yenə də ümidlərini küçə iğtişaşlarna kökləyiblər. Satqınlar çoxdan idi ki, qeybə çəkilmişdilər. Hətta Milli Şura adlı adı olub özü olmayan qondarma qurumun sədri Cəmil Həsənlinin səsi xarici ölkələrdən eşidilir. AXCP sədri Əli Kərimli də siyasətdə mövcudluğuna dair mənəvi haqqını itirib. Görünür, Fransa kimi antidemokrat, işğalçı ölkə bu dəfə radikal müxalifətdən, satqınlardan, xəyanətkarlardan istifadə etmək qərarına gəlib. Çünki artıq hamıya bəllidir ki, radikallar öz siyasi fəaliyyətlərində hər zaman təxribatlara üstünlük veriblər.
“Azərbaycanda yaradılmış davamlı sabitlik artıq beynəlxalq aləmdə də etiraf olunur. Bu sabitliyi hər hansı qüvvə poza bilməz. Çünki xalq öz Prezidentinin ətrafında sıx birləşib. Ona görə də radikalların mitinq çağırışına səs verən olmayacaq”-deyə Ç.Qənizadə bildirib.
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ