İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki ərinə "patı" gətirdi - Azərbaycanda

6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən xəbərə görə, məhkum Elçin Əlisəfa oğlu Məmmədovla görüşə gəlmiş həyat yoldaşının üzərində gizlətdiyi bükülüdə 8,499 qram metamfetamin (patı) aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR