Onlayn ictimai-siyasi qəzet
Tramp administrasiyası Harvard Universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb. Buna səbəb ali təhsil ocağının Trampın tələblərinə əməl etməməsidir.
Bildirilir ki, universitetin tibbi tədqiqatlarına ayrılan federal maliyyə dayandırılacaq.
Harvard Universitetinin prezidenti Alan Qarber daha əvvəl demişdi ki, məktəb Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcək.
Aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Təhsil Nazirliyi isə Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib. Həmçinin bildirilib ki, Amerika administrasiyası bu elit ali təhsil müəssisəsi ilə ümumi məbləği təxminən 9 milyard dollar olan qrant və müqavilələri nəzərdən keçirmək niyyətindədir.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ