İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya mühüm bir sahədə ABŞ-dan asılılığı aradan qaldırmağa başlayıb

Britaniya ABŞ və Fransadan asılılığı aradan qaldırmaq üçün partlayıcı maddələrin və 155 mm-lik artilleriya mərmilərinin istehsalını kəskin şəkildə artıracaq.

Musavat.com “The Times” qəzetinə istinadən xəbər verir ki, Britaniyanın BAE şirkəti iki il ərzində haubitsa və özüyeriyən silahlar üçün 155 mm-lik mərmilərin istehsalını 16 dəfə artırmağı planlaşdırır.

Nəşrə müsahibəsində BAE-nin menecment üzvü Stiv Kardyu bildirib ki, şirkət dünyada heksogen istehsalı üçün yeni texnologiyanın tətbiqinə başlayan ilk şirkətdir. Onun sözlərinə görə, bütün avadanlıqları standart yük konteynerinin içərisinə yerləşdirilə bilən bir avtomatlaşdırılmış istehsal müəssisəsi ildə 100 tona qədər partlayıcı maddə istehsal edəcək. BAE sonradan fabriklərin tikintisini tələb etməyən heksogenin mərkəzləşdirilməmiş istehsalı texnologiyasını başqa ölkələrə satmağı planlaşdırır. Kardyunun sözlərinə görə, şirkət ABŞ-ın yeni administrasiyasının siyasəti və dünyada gərginliyin əhəmiyyətli dərəcədə artması ilə əlaqədar bu cür həll yollarına tələbatın artacağını gözləyir.

Hazır mərmilər BAE-nin Uelsdəki bu yay açılmalı olan yeni fabrikində istehsal olunacaq.

Avropanın ən böyük silah tədarükçüsü olan BAE bildirir ki, o, Amerika texnologiyası və komponentlərindən istifadə etmədən sursat istehsal etmək niyyətindədir. Bu, şirkətə Beynəlxalq Silah Dövriyyəsi Qaydalarına uyğun olaraq ABŞ-dan məhdudiyyətlər olmadan öz məhsullarını digər ölkələrə sərbəst şəkildə çatdırmağa imkan verəcək.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR