İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs olunan generallardan biri işdən çıxarıldı, növbədə kimdir? – Natiq Cəfərli ilə “Canlı debat”

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov işdən çıxarılıb.

"Unikal.az"-ın məlumata görə, bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

S. Mehdiyevin digər bir əmri ilə həmin vəzifəyə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində Ehtiram Xəlilov saxlanılıb.

Bəs müvafiq qurumlar bu mövzu ilə bağlı niyə rəsmi açıqlama yaymır? Dövlət Gömrük Komitəsində nələr baş verir? Bu həbslərin davamı olacaqmı? İşdən çıxarılanların siyahısı artacaqmı?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də iqtisadçı-ekspert, ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR