İnsanlara hürriyət, millətlərə istiqlal!

Havayda meşə yanğınlarında ölənlərin sayı 93 nəfərə çatıb

Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

Bu barədə Maui adasının hakimiyyət orqanının rəsmi saytında məlumat yarləşdirilib.

Ştatın qubernatoru Coş Qrin qeyd edib ki, Mauidə baş verən hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub.

Daha əvvəl ölənlərin sayının 89 olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb.//report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR