İnsanlara hürriyət, millətlərə istiqlal!

Havayda isti hava yanğını: 89 ölü, yüzlərlə itkin, tarixi şəhər kül olub

Havay ştatının hakimiyyət orqanları məşhur turist adalarından olan Mauidə meşə yanğınları nəticəsində artıq 89 nəfərin öldüyünü təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yüzlərlə insanla hələ də əlaqə olmadığından onlar itkin sayılır və bu sayədə ölənlərin sayının arta biləcəyi gözlənilir.

Yanğınsöndürənlər bir neçə bölgədə, o cümlədən, demək olar ki, tamamilə dağıdılmış tarixi Lahayna şəhərində yanğınla mübarizə aparır. Əvvəllər bu şəhərə ildə iki milyona yaxın turist gəlirdi.

19-cu əsrdə Lahayna şəhəri ABŞ-a qoşulmazdan əvvəl adalarda mövcud olan Havay krallığının paytaxtı idi.

64d8a09c9d6ca435399092.jpg (116 KB)

Havay adalarında yanğınlar həftənin ortalarında başlayıb. Yanğına həddən artıq isti və quraqlıq səbəb olub və yanğının sürətlə yayılmasına adalardan yüzlərlə kilometr cənubda Sakit okean üzərində tüğyan edən Dora qasırğasının güclü küləkləri kömək edib.

Planetdə iqlim dəyişikliyinin digər amillərlə birlikdə yaratdığı isti hava bu yay ABŞ-ın bir çox ştatlarında, eləcə də Avropa və Asiyada bərqərar olub.

Havaydakı meşə yanğınları Kaliforniyada və ABŞ-ın digər ştatlardan daha kiçik olub. Yerli sakinlər heç vaxt belə bir şey görmədiklərini deyirlər.

Havay ştatının baş prokuroru, səlahiyyətlilərin meşə yanğınlarına lazımi reaksiya verib-vermədiyini diqqətlə qiymətləndirmək niyyətində olduğunu açıqlayıb. Əhəmiyyətli sayda insanın ölümündən sonra rəsmilərin təhlükə barədə yerli sakinləri nə qədər tez xəbərdar etdiyi ilə bağlı suallar artmaqdadır.

Cümə günü Lahaynanın bəzi sakinləri yanğından sonra şəhərə qayıda biliblər.

346918989014450.jpeg (272 KB)

Bu günlərdə Honoapilani şossesində, Lahaynaya gedən bir neçə yoldan birində yemək, su və yanacaqdan tutmuş uşaq bezlərinə və tualet kağızına qədər ehtiyac duyulan hər şeyi daşıyan yorğun insanlarla dolu nəhəng maşın sıraları var.

Lakin bir neçə saat ərzində yol təcili xidmətlərdən başqa hamı üçün yenidən bağlanıb.

Yerli sakinlərdən biri, 26 yaşlı Brayan Aguiran yanğının ən pis anında Lahaynada qalıb. O, evini böyük vedrələrlə su ilə söndürməyi bacararaq möcüzəvi şəkildə xilas edib. Amma geri qayıtmaq istəmir.

"Gözlərimi yumuram və qiyaməti görürəm" deyir və əlavə edir ki, indi yata bilmir. "İndi Lahayna həmişəlik dəyişib".

O, bir çox digər Maui sakinləri kimi, ölənlərin sayının bəlkə də əhəmiyyətli dərəcədə artacağından qorxur.

Lahaynanın yerləşdiyi Maui adasının qərb hissəsi hələ də işıqsız və susuz qalıb. Axtarış qrupları hələ də bölgədə qurbanların tapılması istiqamətində iş aparır.

w980-p16x9-2023-08-11T223844Z_597801338_RC25L2AKU9Q6_RTRMADP_3_HAWAII-WILDFIRES.jpg (307 KB)

Axtarışlar, o cümlədən dənizdə gedir. Sahil mühafizəsi rəsmiləri 17 nəfəri şəhərin limanı yaxınlığında sudan xilas etdiklərini bildiriblər. Onların hamısının vəziyyəti stabildir.

Səyahət şirkətinin sahibi Geyb Lasi jurnalistlərə bildirib ki, yanğının sürətlə yayılmağa başladığı anla bağlı dəhşətli xəbərlər eşidib.

“İnsanlar suya tullanırdılar. Mənə elə gəlir ki, bəzilərini yanğın o qədər tez bürüyüb ki, onlar yalnız dəniz sahilinə enməklə xilas ola biliblər”, - xilasetmə əməliyyatı üçün qayıqlarını təmin edən Lüsi deyir.

Onun sözlərinə görə, insanlar dörd yaşlı uşaqlarını sörfinq taxtalarına qoyub və sahildən kənara itələyiblər. Lüsi deyir ki, bəzi məlumatlara görə, ölənlərin cəsədləri dənizdəki qayalıqlarda qalıb.

Səlahiyyətlilər xəbərdarlıq edib ki, Maui adasında yanğından zərər çəkmiş şəhərlərin bərpası uzun illər çəkəcək. Təkcə Lahaynada mindən çox bina kül olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR