İnsanlara hürriyət, millətlərə istiqlal!

Havalansın Xanın Səsi!

Qələbə korluğu  çəkməmişdik!  Hətta sayını-hesabını itirmişdik, deyərdim qələbələrimizin!  Xırda-xırda, az-az! Qonşumuzun, qohumumuzun, sinif yoldaşımızın, "məhəllə uşaqlar"ımızın, tələbə yoldaşlarımızın üzərindəki qələbələr. Yəni qələbə hissi bizə heç vaxt yad olmayıb. Meyxanada, aşıq deyişməsində, repdə də var qələbəmiz.

Bəs kimi qabağından və ya kimi qabağımızdan  yedirtmişdik?! Özümüzünkünü!

Az olmayıb ki, kiməsə "atdığımız kəllə" ilə yadda qalmayaq. Və ya hələ də mübahisə etdiyimiz zaman, aldığımız zərbənin heyfini çıxmağa girəvə axtarmaqla davam etmişik qələbə əzmimizi.

Əgər heyfimizi çıxa bilsə idik, nə vaxtsa onu da qələbə kimi qiymətləndirəcəkdik!

Kiminsə üzünə durmaqla, onun-bunun üzünü qızardıb, özümüzü "üzüağ" kimi tanıdanda da, qalib kimi hiss etmişik kəndimizi!

Biz bəlkə də özümüzünkülərə qalib gəlmək üzrə, dünyada birinci idik! Gücümüz özümüzə çatırdı!

photo_2023-11-08_13-13-03.jpg (111 KB)

Xanlıqlarımız biri-birini didib, dağıdıb, "Zəfər" yürüşlərimiz isə yüz əlli kilometr uzaqlıqda yerləşən digər xanlıqlarımızın "Zəfər Tağı"na qədər olub!

Tatamidə özümüzünkünün arxasını yerə vurmaqdan aldığımız ləzzətin içində də, "qələbə ruhu" var idi!

Özümüz üçün heç nə etməmişdik, amma yenə də nə varsa özümüzə etmişdik!

 Bu tarixdir. Fərdi müharibələrimizin, didişmələrimizin sonda bizə verdiyi bir-iki cırmaq və "final" qalibiyyət!

Udmuşduq öz adımıza, uduzmuşduq dövlət adına!

Nəhayət, biz indi "cır" qalibiyyətlər fatehi yox, Şanlı Zəfər sahibiyik.

Min illərin min qələbəsindən qat-qat "Böyük Zəfər Günü"müz mübarək!

Birləşdik! Anladıq ki, düşmənimiz qapı qonşumuz, sinif yoldaşımız, qonşu məhəllə, qonşu xanlıq deyil!

Düşmənimiz işğalçı Ermənidir!  O işğalçı ki, otuz il hətta yuxularımızda belə, Qarabağa ayaq basmağa bizə imkan vermirdi!

Bəlkə də, yuxuda hansısa minanın üstünə ayaq basacaqdıq, hövlnak o yuxudan  ayılacaqdıq deyə, qorxumuzdan yatmırdıq da! Nə görürdük ki, çin çıxa da?! Öyrəşirdik qaçqın olmağa, köçkün qalmağa. Hətta son illərdə o qədər pis öyrəşmişdik ki, ancaq xarici dövlətlərin, diplomatik tribunalarından: "Bizim bu qədər qaçqınımız,  köçkünümüz, didərginimiz var" deyə, səslənirdik! 

photo_2023-11-08_13-28-09.jpg (206 KB)

Azərbaycanda isə kimə, "sən qaçqınsan" deməyə, kimin cürəti çatardı ki!

Barışırdıq! Alışırdıq (yanırdıq) torpaqsızlığa, "Vətən çatışmamazlığına".

"Anemiya"mız var idi elə bil! QAN LAZIM İDİ! Verdik də, beş dəfə daha artığını tökdük də!

Hə, zaman gəldi. Bəzən lağa qoyduğunuz, "Lazım"  da gəldi, vaxt da tamam oldu!

 Budur, illərin vərdişini bizə tərgitdirən, arzularmızı, xəyallarımızı, hətta yuxularımızı belə gerçəkləşdirən "44 Gün" qapımızın önündə dayanıb. 

 "Zəfər" adında!

Azərbaycan Dünya müharibəsinin Qalibidir! Ancaq Ermənilərə qalib gəlmişik deyə, mən Zəfərimizin arealını kiçiltməyin tərəfdarı deyiləm. Biz bütün dünyanın zorla əlindən aldıq, əsarətindən qurtardıq, Qarabağı!

Biz ilk dəfədir ki, Bütöv, Müstəqil Azərbaycan paradı keçiririk. Min illər boyu, ilk dəfə. Heç vaxt bu bütövlükdə "Zəfər Yürüşü"müz olmayıb. SSRİ dövründə də "post sovet paradçıları" olmuşuq! Zatən sovetlər dövrü bitdiyi andan da torpaqlarımızı itirmişdik. Qalib, Bütov, Müzəffər Azərbaycan adına ilk Zəfər Yürüşümüzdür bu gün. XANKƏNDİNDƏ KEÇİRİRİK, PARADIMIZI!!

Bəlkə də, dünyanın ən Ali Baş Komandanı, var ol!

photo_2023-11-08_13-38-22.jpg (92 KB)

Əziz Şəhidlərimiz bilirik ki, Allah bu gün sizi behiştdən Azərbaycana "xüsusi ezamiyyə" tapşırığı ilə göndərib ki, ruhunuz bir az da şad olsun!

Torpaq balamdan əzizidir, deyən analar haqqınızı halal edin!

Yarını itirən sevgililər bağışlayın bizi! Onları heç kim əvəz edə bilməyəcək!İ

Yarısını itirən qazilər, sizə olan borcumuzun üstünə, hər xoş günümüzə görə faiz gəlir! Çox çətindir sizin borcunuzdan çıxmaq! Bəzən gecikirdiksə, üzürlü sayın!

Dövlət olmursa, vətəndaş olmur!

Dövlətin qədrini, qiymətini, dəyərini bilənlər, təbrik edirəm!

Bayrağımızı  düşmənin "qəlbinə sancmışıq" Narahat olmayın! Qəlbi qara olanlardan bizim bayraq "qan çəkməz"!

WhatsApp Image 2023-11-08 at 15.13.06.jpeg (70 KB)

Rəşad Ağayev, iş adamı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR