Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin vitse-prezidenti və ən yüksək hökumət postuna Demokratlar Partiyasından namizəd Kamala Harris seçkilərdə qalib gələrsə, Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala birmənalı cavab verməyib.
Musavat.com xəbər verir ki, o, CBS telekanalına müsahibəsində bir jurnalistin seçkilərdə qalib gələrsə, Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib-dəstəkləməyəcəyini soruşduqda deyib: “Bütün bunlar nə vaxtsa qərar verəcəyimiz məsələlərdir”.
Harris qeyd edib ki, hazırda Birləşmiş Ştatlar “Ukraynanın özünü müdafiə etmək qabiliyyətini” dəstəkləyir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ