Onlayn ictimai-siyasi qəzet
Şahzadə Harri və Meqan Marklla bağlı şayiələr yayılmaqda davam edir.
İngilis mediası cütlüyün bir-birindən uzaqlaşdığını, hətta ayrılma ərəfəsində olduğunu yazıb.
"Page Six" yazır ki, çərşənbə günü Harri təhlükəsizlik və polisin müşayiəti ilə Nyu-Yorkda bir saatdan çox vaxt keçirdiyi döymə salonuna baş çəkib. Hollivud ulduzlarının yollandığı döymə salonunda Harri döymə etdirib.
Onun tək görüntülənməsi ayrılıq xəbərlərini daha da alovlandırıb. İnsayderlər Harrinin yeni həyata başladığını, söz-söhbətdən uzaq olmağa çalışdığını deyiblər. (Axşam.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ