İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı bıçaqların satışı qadağandır? - Video

“Sosial şəbəkələrdə açıq-aşkar soyuq silah satışı ilə məşğul olan səhifələr nəzarət altındadır və həmin şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərdən birində Daxili İşlər Nazirliyinin rəsmisi Lumu İsrəfilli deyib.

O, soyuq silahın satışı ilə məşğul olanları 320-400 saatadək ictimai işlər, iki ilədək islah işləri, bir ilədək azadlığın məhdudlaşdırılması və bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğunu bildirib.

“Əməllərində digər cinayət əməllərinin tərkibi olmayan şəxs, könüllü sürətdə soyuq silahı təhvil verərsə cinayət məsuliyyətindən azad edilir. Əgər polis əməkdaşları tərəfindən hər-hansısa bir şəxsin üzərində müvafiq icazəsi olmayan soyuq silah aşkarlanarsa, həmin şəxs barədə dərhal qanunamüvafiq tədbirlər görüləcək”- deyə Lumu İsrəfilli qeyd edib.

Ətraflı videosüjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR