İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamilə yoldaşını vulkandan aşağı itələyərək öldürdü

Şotlandiyada hamilə arvadını sönmüş vulkandan itələyərək öldürməkdə təqsirli bilinən şəxs ömürlük həbs cəzasına məhkum edilib.

Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, 29 yaşlı Kaşif Ənvər 2021-ci ilin sentyabrında yürüş zamanı həyat yoldaşı 31 yaşlı Faziyah Cavedi Edinburqdakı qədim vulkan dağından itələyərək öldürüb.

Kaşif Ənvər həyat yoldaşının özünün yıxıldığını iddia edib.

Uzun müddət davam edən məhkəmə prosesindən sonra Edinburq Ali Məhkəməsi gəncin müdafiəsini qəbul etməyib və ömürlük həbs cəzasına məhkum edib.

Məlum olub ki, hamilə qadın yıxıldıqdan dərhal sonra ölməyib, yıxılarkən zərbələrin təsirindən dünyasını dəyişib. Ətrafdakı insanların da onun həyat yoldaşını itələdiyini bildiriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR