İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimdən Trampa xüsusi XƏBƏRDARLIQ

2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etdiyi iddiası ilə mühakimə olunan keçmiş ABŞ prezidenti Donald Trampın məhkəməsində Federal Hakim Tanya Çutkan Trampa ifrata varmadan prokurorların vəkillərdən ibarət komandasına təqdim etdiyi bəzi sübutları açıq şəkildə paylaşmasına icazə verib.

Bununla da hakim ittiham tərəfinin tələb etdiyindən daha məhdud müdafiə qərarı verib. Prokurorun sübutları qorumaq tələbinin arxasında Trampın sosial mediadan istifadəsinin məxfi məlumatları ifşa edəcəyi və şahidləri çəkindirəcəyi ilə bağlı narahatlığı dayanırdı.

Donald Trampın vəkillərsiz şahidlərlə ünsiyyət qurmasının qanuni olmadığını və bu şərtlə mühakimə olunduğunu xatırladan hakim Çutkan, Trampın sosial media da daxil olmaqla, işlə bağlı açıqlamalarını diqqətlə izləyəcəyi barədə xəbərdarlıq edib. (Sfera.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR