Onlayn ictimai-siyasi qəzet
Musavat.com -un da xəbər verdiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı Kremldə qəbul edib. Bu barədə Kremlin mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, Fidan Rusiyaya işgüzar səfərlə gəlib və görüş olduqca qısa çəkib. Görüşdə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da iştirak edib.
Rusiya və Türkiyə tərəfi görüşlə bağlı geniş açıqlama verməsə də, diplomatik mənbələr bildirir ki, əsas müzakirə mövzusu Ukrayna ətrafında baş verən hadisələrin İstanbul danışıqlarından sonrakı inkişafı olub.
Qeyd edək ki, Hakan Fidan səfər çərçivəsində həmçinin İstanbulda Ukrayna ilə Rusiya arasında aparılan sülh danışıqlarında Moskva nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski ilə də görüşüb.
Bu, son dövrlərdə Türkiyə-Rusiya diplomatik münasibətlərində diqqətçəkən intensivliyin növbəti epizodudur.
Musavat.com Putin - Fidan görüşünün ilk saniyələrinin isti videosunu təqdim edir.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ