İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandıran polkovnik - VİDEO

İTV kanalında “Görünməyən qəhrəmanlar” silsiləsindən növbəti “Şərəf yolu” sənədli filmi nümayiş olunub.

Musavat.com xəbər verir ki, budəfəki filmdə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Daxili Qoşunların hərbçilərindən bəhs edilib.

Sənədli filmdə Hadrutun azad edilməsi zamanı qəsəbədə ilk dəfə Azərbaycan bayrağının dalğalanmasından da danışılıb.

Belə ki, Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandırmış şəxs Daxili Qoşunların polkovniki Zəfər Yusibov olub. Onun rəhbərlik etdiyi ordu bölmələri həm Hadrut, həm də digər ərazilərin işğaldan azad edilməsində aktiv iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR