İnsanlara hürriyət, millətlərə istiqlal!

Güzəştli mənzil satışına GERİ SAYIM BAŞLADI

Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək.

Musavat.com xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlının sözlərinə görə, mənzil satışı hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürülüb.

"Hər hansı bir qeyri-qanuni hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək" - F. Qurbanlı deyib.

Qeyd edək ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR