İnsanlara hürriyət, millətlərə istiqlal!

"Güzəştli mənzil"i fırıldaqla udanlara güzəşt edilmədi - BRİFİNQ

"Mart ayında Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesindən sonra şübhəli hallar aşkar edilib. Bununla bağlı MİDA Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Müdaxilələr nəticəsində bərabər seçim şərtləri pozulub və buna görə də satış prosesinin bütün nəticələri ləğv edilib".

Musavat.com xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı DTX ilə birgə MİDA-nın birgə keçirdiyi brifinqində deyib: "Mənzillərin satışı barədə elan satış başlamadan ən azı 30 gün əvvəl elan edilir və bir ay müddətində güzəştli mənzilin demo versiyası elektron kabinet sahiblərinin istifadəsinə verilir. Demodan istifadə edərək satış prosesi ilə tanış olmaq mümkündür. Satışın başlamasına 24 saat qalmış geri sayım başlanır və vətəndaşa satışın nə zaman başlayacağı bildirilir".

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR