İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın yeni xarici işlər naziri təyin olunub

Gürcüstanın yeni xarici işlər naziri təyin olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün yeni nazir İlya Darçiaşvilini ictimaiyyətə təqdim edib.

Bildirib ki, İlya Darçiaşvili özəl və dövlət sektorunda çalışıb. Nazir müavini, ötən ilin martından isə Gürcüstanın hökumət administrasiyasının rəhbəri olub. Diplomatik xidmətdə də çoxillik təcrübəsi olan İlya Darçiaşvili Gürcüstanın Polşada səfiri işləyib.

Qeyd edək ki, baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani bu gün vəzifəsindən istefa verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR