İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Şovi kurortu tamamilə məhv olub - ölü sayı 18-ə çatıb

Tbilisi meri Kaxa Kaladze bildirib ki, sürüşmə Raça bölgəsində yüksək dağlıq Şovi kurortunu tamamilə məhv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, merin sözlərinə görə, xilasedicilər və könüllülər kurort ərazisinin təmizlənməsini davam etdirirlər. İşə 80 texnika cəlb olunub.

“Biz birbaşa deyə bilərik ki, Şovi yoxdur, o, tamamilə dağılıb, palçıqla doludur”, - Kaladze bildirib.

Cümə axşamı, avqustun 3-də Gürcüstanın ən gözəl bölgəsi olan Raçanın Şovi kurort kəndində torpaq sürüşməsi baş verib. Rustavidən olan məktəb düşərgəsinin şagirdləri və yerli "Sunset Shove" otelinin qonaqları da daxil olmaqla, 200-dən çox insan təbii fəlakət bölgəsindən helikopterlərlə təxliyə edilib.  Uşaqlı ailələr də daxil olmaqla 20-dən çox adam axtarışdadır.

Axtarış-xilasetmə əməliyyatı zamanı 18 nəfərin cəsədi tapılıb. 

Şovi kurortunda baş vermiş faciə ilə əlaqədar avqustun 7-də Gürcüstanda matəm elan edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR