İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda vəziyyət gərginləşir: Zurabişvili məhkəməyə müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvilinin nümayəndəsi Eka Beselia oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı konfidensiallığın və ümumi səsvermə hüququnun pozulmasından şikayət edərək Konstitusiya Məhkəməsinə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Qeyd edək ki, noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu dərc edib və ona əsasən, hakim “Gürcü arzusu” partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb.

Salome Zurabişvili bütün seçkiqabağı dövr ərzində Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri də daxil olmaqla, seçki məntəqələrinin açılmasını tələb edib. Gürcü müxalifəti və yerli müşahidə təşkilatları səsvermə zamanı gizli səsvermə prinsipinin kütləvi şəkildə pozulduğunu bildiriblər.

Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell deyib ki, Aİ parlament seçkilərindəki pozuntuları araşdırmaq üçün Gürcüstana texniki missiya göndərəcək. Onun sözlərinə görə, seçkilərin nəticələri Avropada böyük narahatlıq yaradıb.

Bundan əvvəl gürcü müxalifəti Cozep Borrellə məktub göndərərək, Gürcüstan hakimiyyətinə qarşı sərt davranmağa çağırıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR