İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda parlamentə hücum olub – VİDEO

Gürcüstan müxalifətinin fəalları milli parlamentin binasını mühasirəyə alıblar.

Onlar binanın şüşələrini sındırıb, parlamentin yaxınlığındakı hasarları söküblər.

Hadisə yerində Gürcüstan polisinin xüsusi təyinatlıları var və onlar etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edirlər.

Müxalifət fəalları isə qoruyucu maskalar və xüsusi qaz maskaları taxırlar.

Xatırladaq ki, müxalifət xarici agentlər haqqında qanunun qəbuluna qarşıdır. Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də dəstək verib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR